Sığortaçıların və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara alınmasına yönələn sazişlər bağlaması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığorta bazarında rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən əməliyyatların aparılmasına da yol verilmir.
İnhisara qarşı müəyyən edilmiş qaydaların yerinə yetirilməsinə və tədbirlərin həyata keçirilməsinə nəzarət Rəqabət Məcəlləsinə uyğun aparılır.
Bu tələblər sığorta bazarında sağlam rəqabət mühitinin qorunmasına yönəlib.