Buna Mərkəzi Bank razılıq verir

03 Sentyabr 2026, 01:05

Sığortaçıların Azərbaycan Respublikasından kənarda filial və nümayəndəlik açması yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sığortaçının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir.
Həmin orqanlar sığortaçının əmlakına, o cümlədən bank hesablarındakı vəsaitlərinə də sərəncam verə bilməzlər.
Bu müddəalar sığortaçıların fəaliyyətinin müstəqilliyinin qorunmasına hüquqi təminat yaradır.