Qanunda müəyyən hallarda sığorta sirri hesab edilən məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsinə icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan beynəlxalq müqavilələr əsasında xarici dövlətlərin səlahiyyətli orqanlarına da məlumat təqdim edilə bilər.
Bu məlumatlar həmin dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatlarına aid ola bilər.
Məlumat mübadiləsi müvafiq qaydada və qanunvericiliklə müəyyən edilmiş hədlərdə həyata keçirilməlidir.