Müstəqil ekspert fəaliyyəti sığorta predmeti ilə bağlı risklərin, sığorta hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və ya sığorta hadisəsinin araşdırılması üzrə həyata keçirilən fəaliyyət kimi müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Müstəqil ekspert isə bu fəaliyyəti həyata keçirən fiziki şəxs və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxs hesab edilir.
Ekspert fəaliyyətinin əsas istiqamətlərindən biri sığorta hadisəsi nəticəsində yaranan zərərin qiymətləndirilməsidir.
Bununla yanaşı, müstəqil ekspertlər sığorta hadisələrinin araşdırılmasında da fəaliyyət göstərə bilərlər.