Tələb olunan kapital sığortaçının maliyyə öhdəliklərini tam həcmdə yerinə yetirməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortaçının öz vəsaiti isə onun öhdəliklərindən azad olan və Mərkəzi Bankın müəyyən etdiyi qaydalara əsasən hesablanan vəsaitlərdir.
Məcmu kapital sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləğini ifadə edir.
Bu anlayışlar sığorta şirkətlərinin maliyyə dayanıqlığının qiymətləndirilməsində əsas göstəricilər sırasındadır.
