Hakimlər ədalət mühakiməsinin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakimlər müstəqillik, dəyişilməzlik və toxunulmazlıq hüquqlarına malikdirlər.
Onların dövlət tərəfindən təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial müdafiəsi təmin edilir.
Hakimlər həmçinin öz mənafelərini təmsil edən təşkilatlarda birləşə bilərlər.
Bu hüquqlar hakimlərin ədalət mühakiməsini müstəqil həyata keçirməsi üçün nəzərdə tutulub.
