Hakimlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlara xidməti silah verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakimlər səlahiyyətlərini icra etdikləri müddətdə xidməti silahı qanunvericilikdə nəzərdə tutulan qaydada saxlaya bilərlər.
Onların xidməti silahı gəzdirmək hüququ da müəyyən edilmiş qaydada təmin edilir.
Zəruri hallarda hakimlərin təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər görülür.
Xidməti silahdan istifadə də yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda mümkündür.
