Məhkəmə aparatları məhkəmələrin hüquqi, təşkilati, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirir. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Aparatlar təşkil edilərkən hər hakim üçün məhkəmə katibi və köməkçinin nəzərdə tutulması tələb olunur. Məhkəmələrdə dəftərxana, kitabxana, arxiv və təsərrüfat xidmətləri fəaliyyət göstərməli, müxtəlif istiqamətlər üzrə məsləhətçilər olmalıdır. Kargüzarlığın, məhkəmə qərarlarının və yuxarı instansiya məhkəmələrinin qərarlarının uçotunun aparılması təmin edilir. Məhkəmə aparatlarının işçiləri mütəmadi olaraq peşə hazırlığına və ixtisasartırmaya cəlb edilirlər.