Xarici sığortaçı olan səhmdarlar və mühüm iştirak payına malik yerli hüquqi şəxslər müəyyən dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Məlumat verilməli hallara əhəmiyyətli nəzarətə malik şəxsin dəyişməsi və onun işgüzar nüfuzuna təsir edən halların yaranması daxildir. Həmçinin rəhbər işçinin vətəndaş qüsursuzluğuna təsir edən halın yaranması barədə də məlumat təqdim edilməlidir. Bu məlumatlar müvafiq hal baş verdiyi tarixdən etibarən 10 iş günü ərzində Mərkəzi Banka verilməlidir.
