Qanunvericilikdə avtonəqliyyat, dəmiryol, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortalanması nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bundan başqa, yük daşıyanların, müqavilə üzrə mülki məsuliyyətin və peşə məsuliyyətinin sığortası da ayrıca siniflərə aid edilib.
İşəgötürənin məsuliyyət sığortası işçinin əmək funksiyalarını yerinə yetirərkən xəsarət alması, xəstələnməsi və ya ölməsi ilə bağlı öhdəlikləri əhatə edir.
Qanunda sadalanan hallardan kənarda qalan digər mülki məsuliyyət növləri üçün də ümumi mülki məsuliyyət sığortası nəzərdə tutulub.
