Qeyri-həyat sığortasının əmlak sinfinə müxtəlif əmlak növləri, avtomobil, dəmiryol, hava və su nəqliyyatı vasitələri daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sahəyə həmçinin yüklərin, titulun, kənd təsərrüfatı bitkilərinin və kənd təsərrüfatı heyvanlarının sığortası aid edilir.
Aqrar sığorta qanunda nəzərdə tutulan hadisələr nəticəsində yaranan zərərlərin tam və ya qismən kompensasiyasını nəzərdə tutur.
Əmlak sığortasının ayrı-ayrı sinifləri yanğın, təbii fəlakət, oğurluq və digər risklərdən yaranan zərərlərin qarşılanmasına imkan verir.
Beləliklə, qeyri-həyat sığortası həm vətəndaşların, həm də biznes subyektlərinin müxtəlif əmlak risklərini əhatə edir.
