İşçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına xəsarət dəyməsi və ya xəstəliyin yaranması işəgötürənin məsuliyyətini doğura bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
İşçinin ölümü halında onun ailəsinə ödənilməli xərclərlə bağlı işəgötürənin öhdəlikləri də sığortalana bilər.
Bu sığorta üzrə ödəniş işçiyə və ya onun ailəsinə əmlak mənafeləri ilə bağlı xərclərin əvəzinin ödənilməsini nəzərdə tutur.
Qanun həmçinin sadalanan siniflərə daxil olmayan ümumi mülki məsuliyyət sığortasını da nəzərdə tutur.
