Səfər sığortası sığorta olunanın ölkə daxilində və xaricə səfər zamanı xəstələnməsi və ya bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə bağlı xərcləri əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sığorta çərçivəsində zəruri tibbi xərclərin tam və ya qismən ödənilməsi nəzərdə tutulur.
Səfər zamanı müqavilədə nəzərdə tutulan digər itkilərin əvəzi də ödənilə bilər.
Səfər sığortası qeyri-həyat sığortasının şəxsi sığorta siniflərinə daxildir.
