Avtomobil yollarında və onların təhkim zolaqlarında yol hərəkəti təhlükəsizliyinə zərər vura biləcək bir sıra fəaliyyətlər qadağan edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yolların və yol qurğularının zibillənməsi, kənd təsərrüfatı məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması yolverilməzdir.
Həmçinin yolun hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitum, beton, daş, çınqıl, qum və ot tökülməsi qadağandır.
Yolun və təhkim zolağının çirklənməsinə səbəb ola biləcək material və yüklər müvafiq qaydada qablaşdırılmadan daşına bilməz.
Bəzi hallarda avtomobil yollarının yaxınlığında tikinti və torpaq işlərinin aparılması da məhdudlaşdırılır.