Tırtıllı, uzunölçülü, iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin yol örtüyünə və yol qurğularına zərər vurması ehtimalı nəzərə alınmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Belə nəqliyyat vasitələrinin hərəkəti zəruri hallarda qadağan edilməli və ya onların təhlükəli sahələrdən qəzasız keçməsi təmin olunmalıdır. Xüsusilə təhlükəli vəziyyətlərdə digər yol hərəkəti iştirakçılarının hərəkəti də məhdudlaşdırıla bilər. Şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemlərinin qurulması tələb olunur. Həmçinin nəqliyyat vasitələrinin dayanacaqları və duracaqları təşkil edilməli, ilk tibbi yardım, istirahət və digər zəruri ehtiyacların ödənilməsi üçün müvafiq yerlər yaradılmalıdır.
