Yol-nəqliyyat hadisələri, yol hərəkəti qaydalarının pozuntuları və bununla bağlı görülən tədbirlər dövlət tərəfindən uçota alınır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Yol hərəkəti qaydalarını pozan şəxslər barəsində tətbiq edilən inzibati tənbeh qərarları və onların nəticələri barədə məlumatların əldə edilməsi təmin edilir. Bu məlumatlara cərimələrin ödənilməsi, balların sayı və ya silinməsi ilə bağlı göstəricilər də daxildir. Dövlət həmçinin qaçırılmış və ya oğurlanmış nəqliyyat vasitələrinin, habelə hadisə yerindən qaçmış yol hərəkəti iştirakçılarının axtarışını təşkil edir. Zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılması və sahibsiz qalmış əmlakın mühafizəsi də müvafiq vəzifələr sırasındadır.