Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində insanların həyat və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü əsas prinsip kimi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyəti yol hərəkəti iştirakçılarının məsuliyyətindən üstün tutulur.
Təhlükəsizliyin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunmalıdır.
Bu sahədə fəaliyyətə məqsədyönlü və kompleks yanaşma tələb edilir.
Beləliklə, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, dövlətin və bütün yol hərəkəti iştirakçılarının birgə məsuliyyəti kimi müəyyənləşdirilir.
