Hüquqi və fiziki şəxslərin “Yol hərəkəti haqqında” qanunun tələblərinə əməl etməsinə dövlət nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Yol-nəqliyyat hadisələri ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada təhqiqat və inzibati xəta işləri üzrə icraat təşkil edilir.
Zədələnmiş nəqliyyat vasitələrinin müəyyən olunmuş yerlərə aparılması və sahibsiz qalmış əmlakın mühafizəsi də dövlətin vəzifələrinə daxildir.
Qaçırılmış və oğurlanmış nəqliyyat vasitələrinin axtarışının təşkili də nəzərdə tutulur.
Bundan başqa, yol hərəkəti qaydalarını pozan şəxslər və tətbiq edilən inzibati tənbehlərlə bağlı məlumatların uçotu aparılır.