Dövlət orqanlarının, onların struktur bölmələrinin və tabeliyində olan təşkilatların inzibati binalarında sığortaçıların filial və nümayəndəliklərinin fəaliyyət göstərməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Eyni qadağa həmin qurumların yerlərdəki bölmələrinin inzibati binalarına və ərazilərinə də şamil edilir.
Bu məkanlarda sığorta vasitəçilərinin fəaliyyət göstərməsi və sığorta müqavilələrinin bağlanması da qadağandır.
Məhdudiyyət sığorta xidmətlərinin dövlət qurumlarının inzibati resurslarından istifadə etməklə həyata keçirilməsinin qarşısını almağa xidmət edir.