Ali Məhkəmə öz səlahiyyətinə aid edilmiş işlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxır.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
İşlərə baxılması üçün məhkəmə kollegiyalarında məhkəmə tərkibləri yaradılır.
Kollegiyaların fəaliyyətinə həmin kollegiyaların sədrləri rəhbərlik edirlər.
Kollegiyalar məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə də məşğul olurlar.
Onlar Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir və qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirirlər.
