Məhkəmə-Hüquq Şurası məhkəmə statistikasının aparılması və məhkəmələrdə kargüzarlığın təşkil edilməsi üçün tədbirlər görür.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Şura hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi ilə bağlı da tədbirlər həyata keçirir.
Məhkəmələrdə icra və əmək intizamına riayət olunması da Şuranın diqqətindədir.
Şura birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkilini yoxlamaq hüququna malikdir.
Sədr və ya sədr müavini vəzifəsi vakant olduqda onların vəzifələrinin müvəqqəti icrasını hakimlərdən birinə həvalə edə bilər.
