Azərbaycan Respublikasının bütün hakimləri işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Hakimlər yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər.
Qanuna əsasən, hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.
Kollegial məhkəmə qərarlarının qəbulunda iştirak edən hakimlər həmin qərarlara görə eyni dərəcədə məsuldurlar.
Xüsusi rəy bildirən və ya qərarın əleyhinə səs verən hakimlər bu qaydadan istisna təşkil edir.
