Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimlərini isə Milli Məclis təyin edir.
Bu təyinat Prezidentin təqdimatı əsasında həyata keçirilir.
Yuxarı instansiya məhkəmələrinin hakimləri vəzifəsinə, bir qayda olaraq, ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.
Məhkəmə sədr, sədr müavini və kollegiya sədrləri də müvafiq hakimlər arasından 5 il müddətinə təyin edilirlər.

