Hakimlər vəzifələrinin həyata keçirilməsi ilə bağlı sərəncamlarının yerinə yetirilməsini tələb edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Bu tələb fiziki və hüquqi şəxslərə, eləcə də vəzifəli şəxslərə yönəldilə bilər.
Hakimlər qanun pozuntularına şərait yaradan səbəblərin aradan qaldırılması barədə dövlət orqanlarına təqdimatlar verə bilərlər.
Onlar ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar vəzifəli və digər şəxslərdən məlumat almaq hüququna malikdirlər.
Hakimlərin qanuni tələb və sərəncamlarının yerinə yetirilməməsi məsuliyyətə səbəb olur.
