Sığorta sirri hesab edilən məlumatlar “Hesablama Palatası haqqında” qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Hesablama Palatasına təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Qanun sığorta sirrinin açıqlanmasına yalnız konkret və hüquqi əsasları müəyyən edilmiş hallarda imkan verir.
Sığorta sirrini qanuni yolla əldə edən bütün şəxslər həmin məlumatların qorunmasına görə məsuliyyət daşıyırlar.
Bu məlumatların qanunsuz yayılması və digər şəxslərə açıqlanması Cinayət və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan məsuliyyətə səbəb ola bilər.