Sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər sığorta bazarının digər iştirakçıları hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Peşəkar iştirakçılardan fərqli olaraq bu şəxslər sığorta xidmətlərindən istifadə edən və ya sığorta müqaviləsi ilə müəyyən edilmiş hüquqlara malik tərəflərdir.
Onların sığorta münasibətlərində statusu qanun və müqavilə ilə müəyyənləşdirilir.
Beləliklə, qanun sığorta bazarının iştirakçılarını peşəkar və digər iştirakçılar olmaqla iki əsas qrupa ayırır.