Qanunda şəxs anlayışı fiziki və ya hüquqi şəxsi, yerli hüquqi şəxs anlayışı isə Azərbaycanda yaradılmış istənilən hüquqi şəxsi əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Xarici fiziki şəxs Azərbaycan vətəndaşı olmayan və daimi yaşayış yeri Azərbaycanda olmayan fiziki şəxs hesab edilir.
Xarici hüquqi şəxs yerli hüquqi şəxs anlayışına daxil olmayan hüquqi şəxsdir.
Xarici sığortaçı və xarici təkrarsığortaçı isə müvafiq olaraq öz ölkəsinin qanunlarına əsasən sığorta və təkrarsığorta fəaliyyəti həyata keçirmək hüququ olan xarici hüquqi şəxslərdir.
