Sığorta müqaviləsi sığortalının sığorta haqqı ödəməsi müqabilində sığortaçının müəyyən hadisə baş verdikdə itkilərin və ya zərərin əvəzini ödəmək öhdəliyini təsbit edən razılaşmadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Müqavilədə sığorta obyektinin məruz qala biləcəyi risklər və sığortaçının üzərinə götürdüyü öhdəliklər müəyyən edilir.
Sığorta şəhadətnaməsi isə müqavilənin bağlanması faktını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya və ya sığorta olunana verilən sənəddir.
Beləliklə, müqavilə və şəhadətnamə sığorta münasibətlərinin rəsmiləşdirilməsində əsas sənədlər sırasındadır.