Məhkəmələrin prosessual qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi üçün zəruri maddi-texniki şərait yaradılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb. Məhkəmələr xüsusi təchiz edilmiş binalar, dövlət rəmzləri, hakimlərin xüsusi geyimləri, nəqliyyat vasitələri və təşkilati-texniki qurğularla təmin edilir. Məhkəmələr həmçinin zəruri blank, ştamp və dövlət gerbi həkk olunmuş möhürlərlə təmin olunurlar. Məhkəmələrin fəaliyyəti və maddi-texniki təchizatı dövlət büdcəsi hesabına həyata keçirilir. Birinci instansiya və apellyasiya məhkəmələrinin maliyyə təminatı üzrə xərclərlə bağlı təkliflər təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınır.
