Sürücülərin hazırlanması və ixtisasının artırılması ilə bağlı təhsil müəssisələri və kursların fəaliyyətinə nəzarət dövlətin vəzifələrindəndir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Dövlət həmin təhsil müəssisələrinin və kursların açılmasına razılıq verir.
Sürücülərdən nəzəri və təcrübi imtahanların qəbul edilməsi də müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir.
İmtahanlardan uğurla keçən şəxslərə sürücülük vəsiqəsi verilir və onların uçotu aparılır.
Əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsi və təhlükəsizliyin təbliği də dövlətin vəzifələrinə daxildir.
