Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblərə əməl etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Hüquqi şəxslər əmək kollektivlərində yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə profilaktik iş aparmalıdırlar.
Onlar sürücülərin sağlamlıq vəziyyətinə, əmək və istirahət rejiminə əməl etməsinə nəzarət etməlidirlər.
Daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul edə bilərlər.
Hüquqi şəxslərin sürücüləri yol hərəkəti təhlükəsizliyi tələblərini pozmağa hər hansı formada sövq etməsi qadağandır.
