Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi yol hərəkətinin təşkilində təhlükəsizliyin qorunması və avtomobil yollarında rahat şəraitin yaradılması istiqamətində həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Əsas istiqamətlər sırasında nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması və yol hərəkətinin nizama salınması da yer alır.
Sürücülərin hazırlanması və ixtisasının artırılması, eləcə də vətəndaşlara təhlükəsiz davranış qaydalarının öyrədilməsi də nəzərdə tutulur.
Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin mühafizəsi də əsas istiqamətlərdəndir.
Bununla yanaşı, təhlükəsizlik tədbirlərinin maddi və maliyyə təminatı da qanunda ayrıca istiqamət kimi müəyyən edilib.