Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblərə əməl etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Hüquqi şəxslər əmək kollektivlərində yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə profilaktik iş aparmalıdır. Sürücülərin sağlamlıq vəziyyətinə, əmək və istirahət rejiminə əməl etməsinə nəzarət də hüquqi şəxslərin vəzifələrindəndir. Daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etməlidirlər. Onlar həmçinin yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirləri təşkil etməli və maliyyələşdirməlidirlər.