Avtomobil yollarında yol nişanlarının və svetoforların çıxarılmasına yol verilməməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Hərəkətin təşkili üçün istifadə olunan digər texniki vasitələrin görünüşünün maneələrlə məhdudlaşdırılması da qadağandır. Bu vasitələrin zədələnməsi və özbaşına quraşdırılması yolverilməz hesab edilir. Görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına da icazə verilmir. Belə tələblərin məqsədi yol nişanlarının sürücülər tərəfindən aydın görünməsini və yol hərəkətinin təhlükəsizliyini təmin etməkdir.
