Avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması ilə bağlı da qanunda konkret qadağalar müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılmasına yol verilmir.
Həmçinin avtomobil yolunun sahiblərinin razılığı olmadan müəyyən edilmiş yerlərdən kənarda mal-qaranın yoldan keçirilməsi qadağandır.
Bu məqsədlə xüsusi yaradılmış keçidlərdən istifadə edilməlidir.
Qanun həmçinin yol təsərrüfatı ilə bağlı işlər istisna olmaqla, yolun torpaq sahələrində şumlama, çimin çıxarılması, qruntun götürülməsi, otların biçilməsi və yaşıllıqların qırılmasını da məhdudlaşdırır.