Əmlakın yanğından və digər risklərdən sığortası əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya itirilməsi risklərini əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sığorta üzrə sığortalının əmlak mənafelərinə dəyən zərərin tam və ya qismən ödənilməsi nəzərdə tutulur.
Sığorta digər əmlakla birlikdə və ya ayrılıqda yerləşən əmlaka da şamil oluna bilər.
Bu sinif qeyri-həyat sığortasında əmlak sığortasına aid edilir.
