Kredit götürən şəxsin müflis olması, ölməsi və ya digər səbəbdən öhdəliklərini yerinə yetirə bilməməsi kredit sığortası ilə əhatə oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Belə halda kreditorun əmlak mənafelərinə dəyən zərərin tam və ya qismən ödənilməsi nəzərdə tutulur.
Kreditlərin sığortası əmlak sığortasına aid kredit sığortası siniflərindən biridir.
Sığorta ödənişi kreditin qaytarılmaması nəticəsində yaranan zərərin kompensasiyasına yönəldilir.