Mülki məsuliyyət sığortasına avtomobil, dəmiryol, hava və su nəqliyyatı vasitələri sahiblərinin məsuliyyətinin sığortalanması daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu sahəyə yük daşıyanların, peşə sahiblərinin və işəgötürənlərin məsuliyyət sığortası da aiddir.
Mülki-hüquqi müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı məsuliyyət də sığortalana bilər.
Peşə məsuliyyəti sığortası mütəxəssisin səhv, ehtiyatsızlıq və ya diqqətsizlik nəticəsində üçüncü şəxslərə vurduğu zərərlə bağlı öhdəlikləri əhatə edir.
Müqavilədə ayrıca nəzərdə tutulduğu halda, sığortalının üzərinə məsuliyyət qoyula bilən digər şəxslərin də məsuliyyəti sığortalana bilər.
