Sığorta sinifləri arasında kreditlərin və ipotekanın sığortası da yer alır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Kreditlərin sığortası borcalanın krediti qaytara bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin ödənilməsini nəzərdə tutur.
İpoteka sığortası isə borclunun ipoteka müqaviləsi üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi nəticəsində kreditorun üzləşdiyi zərərlərlə bağlıdır.
Qanunvericilikdə bu sahələr üzrə digər kredit sığortası siniflərinin də tətbiqinə imkan yaradılıb.