Sığortaçıda mühüm iştirak payının qanunun tələbləri pozulmaqla əldə edilməsi səhmlər üzrə səs hüququnun məhdudlaşdırılmasına səbəb olur. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Belə səhmlər üzrə səs hüququ Səhmdarların Ümumi Yığıncağının iclaslarında nəzərə alınmır. Həmin səs hüququ nəzərə alınmaqla qəbul edilmiş qərarlar isə hüquqi qüvvəyə malik hesab edilmir. Qərarların qəbul edildiyi andan etibarsız sayılması korporativ idarəetmədə qanunun tələblərinə əməl olunmasını təmin etməyə yönəlib.
