Sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatları Səhmdarların Ümumi Yığıncağı tərəfindən təsdiq edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Həmin maliyyə hesabatları əvvəlcə Audit Komitəsi tərəfindən tövsiyə edilməlidir. Bu tələb maliyyə məlumatlarının müstəqil auditdən keçirilməsini və əlavə daxili nəzarət mexanizminin tətbiqini nəzərdə tutur. Nəticədə səhmdarların şirkətin maliyyə vəziyyəti barədə daha etibarlı məlumat əldə etməsi təmin olunur.