Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

Ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə H.Beydullayev əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsində vəfat edib.