Gəncə futbolunda ağır itki baş verib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında vəfat edib.

“Kəpəz” klubunun yetirməsi olan futbolçu komandanın heyətində iki dəfə ölkə çempionu olub, ölkə kubokunu qazanıb.

Mərhum karyerası ərzində “Turan Tovuz” və “Qarabağ”ın da formalarını geyinib.

Veteran futbolçu həmçinin 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedicilərinin, 2013-2014-cü ildə isə əsas komandanın köməkçi məşqçisi olub.