Ali Məhkəmənin sədri məhkəmənin işinin təşkilinə və katibliyin fəaliyyətinə rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapıb.
Sədr Ali Məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir.
O, Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir və işlərin kollegiyalar arasında bölüşdürülməsinə nəzarət göstərir.
Sədr hakimlərin kollegiyalar üzrə müəyyən edilməsinə dair Plenuma təkliflər verir.
Həmçinin aidiyyətə dair mübahisələrə baxılması üçün kollegiyaların hakimlərindən ibarət qarışıq tərkiblər müəyyən edir.
