Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri müəyyən əməliyyatlar barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu subyektlər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət proqramı hazırlamalı və tətbiq etməlidirlər.
Onlar həmçinin qanunlar və beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirməlidirlər.
Bu tələblər sığorta sektorunun çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərindən qorunmasına yönəlib.
