Mühüm iştirak payı nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 10 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olmağı ifadə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Şəxs digər hüquqi şəxsdə mühüm iştirak payına malik olan hüquqi şəxs üzərində əhəmiyyətli nəzarət həyata keçirdikdə dolayı iştirak payının sahibi hesab edilir.
Qanunda həmçinin məqbul və lazımi keyfiyyətlər anlayışı müəyyənləşdirilib.
Bu keyfiyyətlərə vətəndaş qüsursuzluğu, vicdanlılıq, etimada layiqlik, peşəkarlıq, təcrübə və işgüzar nüfuz daxildir.
