Direktorlar Şurası və İdarə Heyətinin üzvlərinin seçilməsi və vəzifədən azad edilməsi ilə bağlı bəzi qərarlar xüsusi səs çoxluğu tələb edir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Başqa sığortaçının səhmlərinin alınması və törəmə cəmiyyətlərin təsis edilməsi məsələləri üzrə də qərarlar iclasda təmsil olunan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu tələb mühüm korporativ qərarların daha geniş səhmdar dəstəyi ilə qəbul edilməsinə yönəlib. Bununla səhmdarların iradəsinin şirkətin strateji qərarlarında daha dolğun əks olunması nəzərdə tutulur.
