Sığortaçılarda korporativ idarəetmə Mülki Məcəllə ilə yanaşı, “Sığorta fəaliyyəti haqqında” qanunun əlavə tələbləri nəzərə alınmaqla həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb. Sığortaçının idarəetmə orqanlarına Səhmdarların Ümumi Yığıncağı, Direktorlar Şurası və İdarə Heyəti daxildir. Qanunda daxili audit siyasəti və strategiyasının hazırlanması və auditor nəzarətinin təşkili ilə bağlı Audit Komitəsinin də rolu müəyyən edilib. Sığortaçılar Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.
