Sığortaçılar müəyyən şərtlər mövcud olduqda sığorta müqavilələrini elektron sənəd formasında bağlaya bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığorta fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sığortalı müqavilə bağlanmazdan əvvəl sığorta qaydalarının elektron versiyası və əsas şərtlərlə tanış olmaq imkanına malik olmalıdır.
Müqavilə bağlandıqdan sonra isə sığortalıya onun elektron versiyasına çıxış, sənədi çap etdirmək və elektron poçt ünvanına göndərmək imkanı yaradılmalıdır.
Sığortaçının internet səhifəsində bu imkanlar olmadıqda Mərkəzi Bank elektron müqavilələrin bağlanmasının dayandırılması barədə əsaslandırılmış təqdimat verə bilər.
