Bu həftə keçiriləcək UEFA Çempionlar Liqası oyunlarından əvvəl Nepalda avqustun 26-da baş vermiş daşqın qurbanlarının xatirəsi yad olunacaq.

Heftelik.az Report-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Həftə ərzində təşkil olunacaq qarşılaşmalardan öncə 1 dəqiqəlik sükut elan ediləcək və həmrəylik rəmzi olaraq “Sən tək deyilsən, Nepal” sözləri yazılmış pankart nümayiş etdiriləcək.

Qeyd edək ki, avqustun 26-da Lanqtanq-Lirunq dağında buzlaq çökərək daşqına səbəb olub. Hadisə nəticəsində 1 300-dən çox insan ölüb, daha 5 000 nəfər itkin düşüb. 274 əcnəbi də daxil olmaqla 13 mindən çox insanın xilas edildiyi bildirilir.